Xəbər verdiyimiz kimi, ermənilər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında bərpa işləri etməyə cəhd göstərib. Nəticədə Azərbaycan Ordusunun hərbçiləri adı çəkilən torpaq yollarda post quraraq separatçıların bu niyyətinin qarşısını alıblar.
Ednews xəbər verir ki, Teleqram kanalarında yeni video görüntülər yayılıb.
Görüntülərdə Azərbaycan Ordusunun Xankəndi - Laçın yoluna nəzarət etdiyi əks olunub.
Həmin görüntüləri təqdim edirik: