AZ
Video yüklə

Azərbaycan ordusu bu istiqamətdə irəlilədi

2 785 baxış Son xəbərlər
Azərbaycan Ordusu Ağdərə bölgəsindəki Sırxavənd (Nor Qazançı) kəndi istiqamətində mövqelərini 370 metr irəli çəkib.

Oxu24.com xəbər verir ki, bu barədə erməni mənbələr yazır.

Kənd icmasının “rəhbəri” Ruslan Arstamyan bildirib ki, azərbaycanlıların mövqeyi Vank-Drambon (Vəngli-Heyvalı) kəsişməsindən 1,5 kilometr məsafədə yerləşirdi: “370 metr irəlilədilər və mövqeləri tutdular. İki erməni mövqeyinin kəndə tərəf 300 metr geri çəkilməsini tələb etdilər və yalnız bundan sonra geri çəkiləcəklərini bildirdilər”.

Sülhməramlıların iştirakı ilə keçirilən danışıqlarda Azərbaycan hərbçiləri mövqelərini dəyişdirməyib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.