AZ
Video yüklə

Azərbaycan gündəmi Moldova mediasında

6 baxış Son xəbərlər
Azərbaycan diplomatik xidmət orqanlarının rəhbərlərinin Bakı və Şuşada keçirilən müşavirəsi moldova mətbuatında da geniş işıqlandırılıb.

Qeyd olunub ki, müşavirədə Azərbaycanın xarici siyasət prioritetləri, müasir beynəlxalq münasibətlər sistemində rolu, ikitərəfli və çoxtərəfli platformalarda iştirakı, əməkdaşlıq perspektivləri kimi mövzular haqqında fikirlər səsləndirilib.

Bundan başqa Moldova mətbuatı Almaniyanın Qiesen Universitetinin dosenti türkoloq alim Mixael Reynhard Hessin “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabının təqdimatı mövzusunu da yerli oxucuların diqqətinə çatdırıb.

Yazıda vurğulanıb ki, Şuşa şəhərinin mədəni, ədəbi və etnoqrafik baxımdan Azərbaycana məxsusluğunun alman alimi tərəfindən təkzibolunmaz fakt və dəlillərlə sübuta yetirilməsi təqdim edilən kitabın mühüm məziyyətidir. Saytda tədbirlə bağlı fotolar da yer alıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.