Azərbaycan əhalisinə koronavirusla bağlı ŞOK XƏBƏRDARLIQ
1 729 baxış
Son xəbərlər
''Karantin qaydaları yumşadıldıqdan sonra vətəndaşlar pandemiyanın qarşısını almaq üçün edilən tövsiyələrə əvvəlkindən daha çox əməl etməlidirlər. Çünki bu müddətdə virusa yoluxma halları daha sürətli ola bilər''.
Oxu24.com bildirir ki, bu fikri ''Xəzər Xəbər''ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, küçələrdə insanların sayı çoxaldıqca təhlükə riski də artır.
Cəlal İsayev, xüsusilə də yaşı 65-dən yuxarı olan şəxslərə bu müddətdə çox diqqətli olmalarını tövsiyə edib. O qeyd edib ki, yaşlılar xüsusi risk qrupuna daxil olduqlarını unutmamalı və qorucu tədbirlərə maksimum riayət etməlidirlər.
Baş infeksionist cəmiyyətin edilən tövsiyələrə əməl etməyəcəyi təqdirdə, ölkəmizdə yoluxma hallarının kəskin şəkildə arta biləcəyini, hətta tikilən modul tipli xəstəxanalara baxmayaraq, əksər Avropa ölklərində olduğu kimi ölkəmizdə də xəstələri müalicə etmək üçün yerin tapıla bilməcəyini deyib.
O, dünya təcrübəsində müşahidə edilən süni nəfəs aparatlarının yaşlı insanlardan çıxarılıb, gənc insanlara verilməsi hallarının yaşanmaması üçün insanları məsuliyyətli olmağa çağırıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.