Azərbaycan-Avropa İttifaqı Biznes Forumu keçirildi
8 baxış
Son xəbərlər
Avropa İttifaqı və Azərbaycan arasında biznes əlaqələrinin gücləndirilməsi məqsədilə beynəlxalq səviyyəli "Avropa İttifaqı-Azərbaycan Biznes Forum 2022" keçirildi.
Hibrid formatda reallaşan tədbir Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi, COWI Belgium, Azərbaycan-Fransa Ticarət və Sənayə Palatası, İtaliya-Azərbaycan Ticarət palatası, InvestBaku və AZPROMO ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edildi.
Forum şirkətlərlə effektiv əlaqələr qurmağa imkan yaratmaqla yanaşı, dövlət və özəl sektorun dialoqunu təşkil etməklə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə, biznes mühiti və investisiya imkanları haqqında məlumatlılığın artırılmasına dəstək oldu.
Beynəlxalq forumda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının Azərbaycanın ən böyük investoru olduğunu bildirdi. Torpaqlarımızın işğaldan azad olunmasından sonra qurumla iqtisadi əlaqələrin daha çox həmin ərazilərdə bərpa və quruculuq, həmçinin enerji və nəqliyyat sahələrində aparıldığını qeyd etdi.
Nazir həmçinin, Azərbaycanda yaşıl və bərpa olunan enerji layihələrinin yeni investisiya proqramlarında mühüm yer tutduğunu vurğuladı.
Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko bu cür tədbirlərin keçirilməsinin Aİ ilə ölkəmiz arasında əməkdaşlığın genişlənməsinin göstəricisi olduğunu bildirdi.
Forumda həmçinin ötən il üzrə biznes mühiti barədə hesabat məruzəsi təqdim olundu. Hesabatda ötən il genişmiqyaslı islahatlar aparılan qurumlar sadalandı. Eyni zamanda, ölkə üzrə kibertəhlükəsizliyin və biznesin rəqəmsallaşdırılmasının təmin olunması barədə məlumatlar təqdim olundu.
İnteraktiv keçən tədbirdə müxtəlif sorğular qonaqlar tərəfindən onlayn şəkildə cavablandırıldı.
Qeyd edək ki, forum öz işini panellərlə davam etdirdi.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.