Türkiyənin “Haber Global” telekanalının Bərdədə olan müxbiri erməni raket zərbəsi nəticəsində həyatını itirən 8 yaşlı Aysunun evində olub. Aysunun atası Rövşən İsgəndərov həmin anı göz yaşları ilə anlatmağa çalışıb: “İşdə idim. Traktor sürürdüm. Səs eşitdim. Duman bizim evimiz tərəfdən qalxdı. Getdim ki, uşaq yoxdur. İkinci sinfə gedirdi. Uşağı görəndə qarın nahiyəsindən daxili orqanları çölə dağılmışdı”.