Adı qalmaqallarla hallanan müğənni Aysun İsmayılova daha bir açıqlaması ilə gündəm olub.
o üzündəki dəyişikliklə bağlı izləyicilərin suallarını cavablandırıb:
“Salam qızlar. Neçə gündür video çəkmək istəyirdim. Ancaq prosedurlardan sonra üzümdə bir az göyərmələr var idi. Hamı yazıb soruşur ki, üz əməliyyatınızı kim edib. Mənim üzümdə burnumdan başqa əməliyyat yoxdur. Gözümün badəm kimi dartılmağının səbəbi kosmetoloji prosedurlardır. Sapla belə dartdırmamışam. Hamısı botoksdan irəli gəlir. Sağ gözüm tərəf daha assimetrik idi. Sadəcə o hissəyə kosmetoloq tərəfindən müdaxilə edilib. Daha sonra həkimim üzümə bio edib. Möhtəşəm bir şeydir”.