Aynur Talıbova Bakıya qayıtdı

  • Dünən 14:09
  • 0

Keçmiş ANS TV-nin aparıcısı Aynur Talıbova  uzun müddətdən sonra Bakıya gəlib.

 

Oxu24.com xəbər verir  ki,aparıcı Bakıdan bir neçə paylaşım da edib.

 

Onun paylaşımı sosial medida müzakirələrə səbəb olub.

 

Bir çoxları onu vaxtıilə səsləndirdiyi fikirlərə görə tənqid ediblər.

 

Qeyd edək ki,jurnalist Aynur Talıbova bir neçə dəfə qalmaqallı fikirləri ilə gündəmə gəlib.

 

Sonuncu dəfə "danabaş"ifadəsinə görə,sərt tənqid olunmuşdu.

 

Jurnalist Ləman Ələşrəfqızı keçmiş həmkarını sərt tənqid etmişdi.Hətta onu "alkaş"adlandırmışdı.

 

L.Ələşrəfqızı da status yazaraq A.Talıbovanı tənqid etmişdi.

 

"ANS-də işləyəndə biri vardı. İçirdi, sərxoş olurdu... Qovurdular qayıdırdı, qayıdırdı, bir də qovurdular... İndi gedib oturub Amerikada, ağzını qoyub Allah yoluna. Azərbaycanı "Danabaş" adlandırır. Baxmayaraq ki, danabaşın yekəsi özüdür. Mənim müzakirəmi açıb, amma bir cümləsi ilə özünü möhkəm yandırıb və sübut edib ki, insanın içi paxıllıqla, çirklə-irinlə doludur.

 

Azərbaycanda Ləman qələmi formalaşıb-deyir, məni mətbuatın "yengə"si adlandırır. Zavallı qız, sən içib alkaşlıq edəndə mən də qələmimi formalaşdırmışam da. Neynəyəydim? Səninlə rumka-rumkaya vurardım?

 

Onun yazdıqlarını bəyənənlər dostluğumdan özləri çıxsın. Sifətsizlərin dostluğumda yeri yoxdur".

 

Qeyd edək ki,Aynur Talıbova  uzun müddətdir ABŞ-də yaşayır və  rəsmi vətəndaşlıq əldə edib.

 

Miri Məcidli

 

Nə düşünürsən?