Arayik Harutyunyanın gizli telefon danışığı

  • 12.12.2020
  • 0

rmənistanın tanınmış jurnalistlərindən olan Edqar Elbakyan “Facebook” sosial şəbəkəsindəki hesabında Qarabağdakı separatçıların lideri Arayik Harutyunyanın telefon danışığının səs yazısını paylaşıb. Yeniavaz.com xəbər verir ki, Edqar Elbakyan Arayik Harutyunyanın telefon danışığının 4-9 noyabr tarixləri arasında qeydə alındığını bildirib. Arayik Harutyunyanın telefonda qondarma Qarabağ parlamentinin üzvü Ruslan İsraelyan ilə danışdığı qeyd olunur. Ruslan İsraelyan Arayik Harutyunyana etiraz edərək bildirir ki, Azərbaycan ordusunun Şuşanın 5 kilometrliyinə çatdığını açıqlamamalıydı. Qeyd edək ki, Arayik Harutyunyana oktyabr ayının 29-da Şuşadakı erməni kilsəsini ziyarət edən zaman Azərbaycan ordusunun Şuşannın 5 kilometrliyində dayandığını deyib. Arayik Harutyunyan isə Ruslan İsraelyana deyir ki, əksinə, hər kəs real vəziyyəti bilməlidir. Separatçıların başçısı daha sonra bildirir ki, on gün keçib, amma heç bir yardım göndərilməyib. Arayik Harutyunyanın Ruslan İsraelyanla telefon danışığından belə görünür ki, Qarbağdakı seperatçıları Ermənistandan kömək istəsələr də bu dəstək vaxtında gəlməyib.

Nə düşünürsən?