AZ
Video yüklə

Antalyada soydaşlarımıza yardım edildi

535 baxış Son xəbərlər
42 Azərbaycan vətəndaşına qida və maliyyə yardımı edilib İyulun 23-də Türkiyənin Antalya vilayətində burada yaşayan aztəminatlı ailələrə yardım məqsədilə aksiya keçirilib. REAL-ın Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Antalyada fəaliyyət göstərən "Azərbaycan Xalqlar Dostluğu" Dərnəyinin birgə təşəbbüsü ilə baş tutub. Aksiya çərçivəsində dərnəyə müraciət edən 42 soydaşımıza maddi və ərzaq yardımı göstərilib. Yardımlar ailə üzvlərinin sayına görə hesablanıb. Bu barədə məlumat verən dərnəyin sədri Lalə Həsənova yardımların pandemiyadan əziyyət çəkən soydaşlarımıza dəstək məqsədilə Azərbaycan höküməti tərəfindən olunduğunu bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.