Ana qızını baltaladı

  • 25.06.2024
  • 0

Rusiyada dəhşətli cinayət hadisəi baş verib.

 

Oxu24.com xəbər verir ki, Krasnoyarsk diyarının Kuraqinski rayonunda üç yaşlı qızını öldürməkdə və səkkiz yaşlı qızını öldürməyə cəhddə şübhəli bilinən qadın saxlanılıb.

 

Bu barədə vilayət prokurorluğundan məlumat verilib.

 

Faktla bağlı cinayət işi açılıb.

 

Nəzarət qurumu cinayət yerindən kadrları nümayiş etdirib.

 

Ölən qızın baş və boyun nahiyəsində kəsilmiş yaraların olduğu qeyd edilir.

 

Onun səkkiz yaşlı bacısı boynundan bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

“Uşaqların anasına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi (yetkinlik yaşına çatmayan uşağı öldürmə) maddəsinin 3-cü hissəsi ilə cinayət işi açılıb.

 

 İlkin versiyaya görə, qadın sərxoş vəziyyətdə ərinin xəyanətindən şübhələnərək uşaqlara xəsarət yetirərək ondan qisas almaq qərarına gəlib.

 

Üç yaşlı qız yerindəcə keçinib. Prokurorluq əlavə edib ki, altı yaşlı üçüncü qızı da evdə olub və xəsarət almayıb. Prokurorluq qeyd edib ki, həmin vaxt şübhəlinin əri işdə olub.

Cinayətdən sonra qadın dostuna zəng edərək hadisə ilə bağlı məlumat verib.

 

 

Miri

Nə düşünürsən?