Allahşükür Paşazadə Pakistanının səfirini qəbul edib

  • 08.02.2022
  • 0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Pakistanın ölkəmizdəki səfiri Bilal Hayeni qəbul edib.

Görüşdə Azərbaycanla Pakistan arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açılıb.

Şeyxülislam A. Paşazadə 40 ildən artıq dini liderliyi dövründə dəfələrlə Pakistanı ziyarət etdiyini, orada çox sayda din, ictimai, siyasi xadimlərlə yaxından tanış olduğunu, beynəlxalq müstəvilərdə birgə tədbirlərdə iştirak etdiyini, Pakistan xalqına və dövlətinə böyük ehtiramı olduğunu ifadə edib.

Pakistanlı səfir Şeyxülislamla görüşdən olduqca məmnun olduğunu, uzun müddət pandemiya səbəbindən görüşünün ertələndiyini və nəhayət baş tutmasına görə şərəf duyduğunu bildirdi. Səfir İslam dünyasının tərəqqisində Azərbaycanın özəl rolunun olduğunu, multikulturalizm modelinin dünya üçün nümunə səciyyəsi daşıdığını vurğulayıb.

Səfirə Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Dialoq Mərkəzi barədə məlumat verən Şeyxülislam A. Paşazadə bu mərkəz xəttilə bugünədək bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq konfranslar barədə ətraflı məlumat verib.. QMİ sədri bildirdi ki, gələcəkdə bu müstəvidə beynəlxalq forumların Pakistanda keçirilməsi, bu ölkənin tanınmış din xadimlərinin birgə tədbirlərdə yaxından iştirakı olduqca arzuolunandır.

Pakistanlı səfir, öz növbəsində, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzini təsis etmələrindən və bu mərkəzdə QMİ-nin yaxından iştirakından məmnun olduğunu bildirb.
Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

REAL

Nə düşünürsən?