ABŞ prezidenti Donald Tramp Türkiyəyə heç bir güzəştə getməyəcəyini bəyan edib. Oxu.Az xəbər verir ki, o, bu barədə “Reuters”ə müsahibəsində bildirib. Ağ Evin başçısı bildirib ki, o, vaxtilə İsraili Türkiyə vətəndaşını azad etməyə razı salanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da analoji addım atacağını düşünürdü, çünki o, iki il əvvəlki dövlətə (2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddə - red.) qəsddə iştirakını təkzib edir. Trampın rəyincə, Ankara Vaşinqtona qarşı cavab tədbirləri görməklə böyük səhvə yol verir, çünki Amerika hakimiyyəti onsuz da geri çəkilməyəcək: ABŞ lideri Türkiyə ilə münasibətlərin digər ölkələrdə, o cümlədən Avropada iqtisadi vəziyyətə mənfi təsir edəcəyindən narahat deyil. “Türkiyə rəhbərliyinin etdiyi çox kədərlidir. Onlar böyük səhvə yol verirlər. Lakin Ankaraya heç bir güzəşt olmayacaq.. Vaşinqton və Ankaranın münasibətlərinin kəskinləşməsinin digər ölkələrdə iqtisadi vəziyyətə necə təsir göstərəcəyi məni maraqlandırmır. Mən bununla bağlı narahat deyiləm”, - deyə Tramp bəyan edib. Tramp Türkiyəyə münasibətini də açıqlayıb: “Mən Türkiyəni bəyənirəm. Mən Türkiyə xalqını çox bəyənirəm. İndiyədək prezidentlə (Rəcəb Tayyib Ərdoğan – red.) yaxşı münasibətlərim olub. Onunla əla yola gedirdik. Lakin bu, birtərəfli hərəkətli küçə olmamalıdır. Bu, artıq Birləşmiş Ştatlar üçün birtərəfli küçə deyil”, - deyə Tramp vurğulayıb.