AZ
Video yüklə

ABŞ-da ölüm və dağıntılara səbəb olan dəhşətli qasırğadan görüntülər

26 baxış Son xəbərlər
ABŞ-ın şərq sahillərində güclü qar və yağışla müşayiət olunan qasırğa azı 15 ştatda ciddi fəsadlara yol açıb. “NBC” məlumatına görə, Virciniya, Merilend və Rod Aylend ştatlarında təbii fəlakət nəticəsində azı 5 nəfər həlak olub.

Telekanalın məlumatına əsasən, qurbanlar küləyin aşırdığı ağacların altında qalaraq ölüb.

Bununla yanaşı, şiddətli külək 1 milyondan çox evi və təsərrüfat obyektini işıqsız qoyub. Bəzi yaşayış məntəqələrində küçələr su altında qalıb. Aeoportlarda minlərlə hava reysi təxirə salınıb. Virciniya ştatında yaranmış vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.