AZ
Video yüklə

7-ci Trans-Xəzər forumu keçirilir

5 baxış Son xəbərlər
Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil olunmuş 7-ci Trans-Xəzər Forumunda əsas qonaq qismində çıxış etdi.

REAL-ın ABŞ bürosu xəbər verir ki, çıxış zamanı, ABŞ ilə region ölkələri arasında mövcud geniş formatlı əməkdaşlığa toxunularaq, bu əməkdaşlığın daha da artacağına ümid ifadə edildi. Eyni zamanda, Azərbaycanın region ölkələri üçün əsas nəqliyyat qovşağı kimi həyati önəminə vurğu olundu və indiyədək ABŞ müttəfiqlərinin, xüsusilə Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz roluna və beləliklə Azərbaycanın Avropa ölkələri üçün etibarlı tərəfdaş ölkə olduğuna diqqət çəkildi.

Sonda Azərbaycanla birgə tədbirdə çıxış etmiş region ölkələri təmsilçilərinin qrup fotosu çəkildi.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.