AZ
Video yüklə

60 gün sonra dəfn edildi

10 874 baxış Son xəbərlər
Vətən müharibəsində şəhid olan Zaqatala sakini dəfn edilib.

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, rayonun Yuxarı Çardaxlar kənd sakini, 1994-cü il təvəllüdlü Ramazanov Vüsal Vahid oğlu Vətən müharibəsinə könüllü yollanıb.

V.Ramazanov sonuncu dəfə oktyabrın 27-də ailəsi ilə telefon əlaqəsi yaradıb. Həmin tarixdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb və itkin kimi qeydiyyata alınıb. Təxminən iki aydan sonra V.Ramazanovun meyiti tapılıb. Onun Xocavəndin “Qırmızı Bazar” qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu məlum olub.

Şəhidin cənazəsi bu gün Zaqatalaya aparılaraq doğulduğu kənddə torpağa tapşırılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.