6 fevral: Operativ Qərargah koronavirusla bağlı məlumat yaydı

  • 06.02.2021
  • 0

Azərbaycanda son sutkada koronavirusa 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 231 022 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 224 961 nəfər müalicə olunaraq sağalıb, 3 156 nəfər vəfat edib, aktiv xəstə sayı 2 905 nəfərdir. Ölkədə son sutka ərzində 6 582, hazırkı dövrədək isə 2 446 300 test aparılıb.

Nə düşünürsən?