AZ
Video yüklə

“3-cü Dünya Müharibəsi fəlakətə səbəb olar”

2 baxış Son xəbərlər
Pakistanın yeni təyin edilən Xarici İşlər naziri Bilaval Bhutto Zərdari BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlər üçün keçirdiyi brifinqdə 3-cü dünya müharibəsi təhlükəsindən danışıb.

Bhutto Zərdari REAL TV-nin sualına cavab olaraq bildirib ki, belə bir hadisə dünya üçün fəlakətə səbəb olacaq.

Pakistanın Xarici İşlər naziri Bilaval Bhutto Zərdari:

"Məncə üçüncü dünya müharibəsi təhlükəsi təkcə Avropa, Amerika və ya Rusiya xalqı üçün deyil, şübhəsiz Pakistan xalqı üçün də fəlakətli olar. Bu, mənim Birləşmiş Millətlər Təşkilatının nazirlərin iclasındakı çıxışımda və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı bugünkü çıxışımda bəhs etməyə çalışdığım mövzu idi. Dünən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında nazirlərin konfransındakı qarşılıqlı ünsiyyətimdə, bugünkü çıxışımda, ölkəmdəki insanların hisslərini ifadə edərək bildirdim ki, Pakistan olaraq biz uzun müddət davam edən müharibə yeni yaşamışıq. Fərqli fikirlərə, dialoqa və diplomatiyaya baxmayaraq, orada nəticəyə aparan son yolun necə olduğunu gördük. Və biz dünyaya çağırış edirik ki, daha bir nəsli münaqişə bəlalarından xilas etsin və bəşəriyyəti mübahisələrindən üstün tutsun. İstər iqlim dəyişikliyi, istərsə də COVID Pandemiyası olsun, bu vəziyyətin bəşəriyyət qarşısında yaratdığı çətinliklərlə üzləşməliyik. Biz bu fərqləri aradan qaldırmalıyıq. Bu mübahisələri sülh yolu ilə həll etmək və bu təhlükələrə qarşı birgə mübarizə aparmaq lazımdır. Və bu, irəliyə doğru gedən yeganə yoldur. Biz Pakistanda uzunmüddətli müharibəni təzəlikcə yaşadıq və başqalarının da başqa bir uzunmüddətli münaqişəyə sürüklənməsini istəmirik. Eyni anda özümüzn də başqa münaqişəyə sürüklənməsini istəmirik"/

Pakistanın baş diplomatı həmçinin Azərbaycan və Ermənistan arasındakı sülh prossesinə də toxunub.

Pakistanın Xarici İşlər naziri Bilaval Bhutto Zərdari:

"Pakistan olaraq biz həmişə dünyanın istənilən yerində mübahisələrin dialoq, diplomatiya və sülh yolu ilə həlli üçün hər hansı rolu oynamağa hazır olacağıq".

Qeyd edək ki, Pakistanın Xarici İşlər Naziri vəzifəsinə yeni təyinat alan Bilaval Bhutto Zərdari ilk rəsmi səfərini ABŞ-YƏ edib. O, BMT-də kEçirilən qida təhlükəsizliyi ilə bağlı toplantılara qatılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.