AZ
Video yüklə

26 marşrut xətt üzrə 40-a yaxın küçə və yol təmir edilir

507 baxış Son xəbərlər
Sərnişindaşımada rahatlığı təmin etmək üçün Bakıda və Abşeronda 40-a yaxın küçədə təmir işləri aparılır. Bu işlər Bakının 7 rayonunda, o cümlədən Abşeron rayonu Xırdalan şəhərində də görülür. Artıq bəzi küçələrdə işlər yekunlaşıb. Digər küçələrdə isə davam etdirilir. 26 marşrut xətt üzrə 40-a yaxın küçə və yol təmir olunur Sərnişindaşımanın rahat şəkildə təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və yollarda təmir işləri aparılır.. Təmir işləri Bakı şəhərində 7 rayon ərazisində, həmçinin Abşeron rayonu Xırdalan şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların marşrut hərəkəti üzrə həyata keçirilir. Xırdalan şəhərinin əsas yolu hesab edilən və ümumi uzunluğu 5100 metr olan Heydər Əliyev prospektində işlər artıq yekunlaşmaq üzrədir. Anoloji təmir işləri Xırdalan şəhərinin digər küçələrində də aparılır. İlkin olaraq təmir işlərinə ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrində start verilib. İki küçədə artıq işlər yekunlaşıb. Anar Nəcəfli deyir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən təkliflər gəldikcə avtobusların keçdikləri yolların təmiri davam etdiriləcək. Təmir işləri zamanı xüsusi ilə avtobusların getməkdə çəinlik çəkdiyi yollarda çatlar əmələ gəlmiş hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.