"Üç illik dostluğum sevgiyə çevrildi"

  • 15.06.2021
  • 0

"Rast" qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımov oğlu Mircamal Haşımov ilə müğənni Mehin Hümbətova üçün "Sevgi" adlı mahnı yazıblar.

BiG.AZ xəbər verir ki, ötən gün ictimaiyyətə təqdim edilən bəstə dostluğun sevgiyə çevrilməsindən bəhs edir.

"Mahnı üç illik dostluğumun sevgiyə çevrilməsindən sonra ərsəyə gəldi. Adətən deyirlər ki, dostluq sevgiyə çevirilə bilməz. Sizə dəyər verən və xoşbəxt edən biri ilə sevgi münasibəti yaşaya bilərsiz",-deyə Mehin bildirib.

Həmçinin sənətçi onu da qeyd edib ki, klip rejissor Emin Muradovla növbəti əməkdaşlığının məhsuludur. Layihənin prodüseri tanınmış aktrisa Sevinc Əliyevadır.
Mahnı Latın Amerika tərzində hazırlanıb, Mehin Hümbətova ekran işi üçün rəqs dərsləri alıb. Sənətçi "Nero Dance Grup"un müşayiəti ilə şou göstərib.
Müğənni üç obrazda kamera qarşısına keçib. Onun stili üzərində stilist Syama çalışıb.

Çəkilişlər bir gün ərzində tamamlanıb.