Nigar və Aygün şəhidlər üçün oxudu

  • 20.01.2021
  • 341 baxış
  • 0

“Eurovision 2011” qalibi Nigar Camal və Əməkdar artist Aygün Bəylər növbəti duetini təqdim edib. Publika.az xəbər verir ki, sənətçilərin “Şəhidlər” adlı klipi Yutubda paylaşılıb. Musiqisi İsmayıl Əsədova, sözləri Zəminə Xınalıya məxsus mahnının video rolikində Vətən müharibəsinə və şəhidlərə aid kadrlardan istifadə olunub. “Vətən müharibəsi zamanı hər kəs xalqa, vətənə faydalı olmağa çalışdı. Biz sənətçilər isə sənətimizlə dərdinizə şərik olmaq istədik. Əməkdar artist, sevimli sənətkar Aygün Bəylərlə növbəti duetimizi vətən üçün canından keçən igidlərimizə həsr etdik”, - deyə Nigar Camal bildirib.

Nə düşünürsən?