Zamiq Röyadan sonra onu seçdi

  • 13.03.2021
  • 0

Müğənni Zamiq Hüseynov ilə “Sivva”nın uzun zamandır hazırladığı “Dedilər”i təqdim olunub.

Publika.az xəbər verir ki, bu günə kimi xanım həmkarlarından yalnız Röya Ayxan ilə duet oxuyan Zamiqin bu dəfəki seçimi bəstəkar-müğənni Sevinc Ağasıyeva olub.

Bəstənin söz və musiqisi Sevinc xanımın özünə, aranjimanı Samir Şirinova, mix-masteri isə Oleq Naumova məxsusdur. Klipin rejissorluğu yenə də Dele Orucluya həvalə olunub.

70-80-ci illərin ab-havası yaradılan ekran işində cütlüyün tərzi, xüsusi olaraq seçilib. Klipdə iki nəfərin sevgi romanı əks olunub. Zamiqin obrazı “truba” ifaçısıdır. Onun qocalığını fotoqraf-aktyor Şahin Yüksəl Sərkərov canlandırıb. Sevinc Ağasıyeva isə klipdə elə həyatda olduğu kimi müğənnidir. Onun yaşlı obrazını Xalq Artisti Nübar Novruzova oynayıb.