Xatirə video paylaşıb "Azərsu"yu tənqid etdi: Hara baxırsınız?

  • 20.06.2024
  • 0

Müğənni Xatirə İslam “Azərsu” ASC-dən şikayətlənib.

TEMPİNFO xəbər verir ki, sənətçi sosial media hesabında video paylaşaraq narazılığını bildirib.

“Baxın, əziz insanlar! Mərdəkan kimi yerdə çəni doldurmaq üçün suyu maşınla gətirdirik. "Azərsu" hara baxır? Bilmirəm. Onu axtarıb tapmaq lazımdır. Müəyyən yerlərə verir də yəqin ki... Həftədə bir dəfə, hətta iki dəfə maşın gəlir. Novxanını bəyənmirsiniz e, Mərdəkanda su, kanalizasiya sistemi yoxdur", - deyə o bildirib.