Dünya sənin dünya mənim - Aera remix

  • 29.11.2023
  • 0

Dünya sənin dünya mənim - Roya & Rizvan - Aera Remix Musiqi: Niyaməddin Musayev Söz: Məmməd Araz İfa: Roya & Rizvan Remix: Aera Music Mahnı sözləri: Bir taleyin oyununda cütlənmiş zərik Yüz il qoşa atılsaq da, qoşa düşmərik Bir zərrənin işığına şərik Dünya sənin, dünya mənim, dünya heç kimin. Bu get-gəllər bazarına dəvədi dünya Bu ömür-gün naxışına həvədi dünya Əbədiyə qəh-qəh çəkər əbədi dünya Dünya sənin, dünya mənim, dünya heç kimin Çevrəsindən çıxsa əgər edər fırtına Bir ümidin ətəyindən tutub da fırlan Eşidirsən pıçıldayır yıxılan, duran Dünya sənin, dünya mənim, dünya heç kimin