İnsan kimi gəzən mutant qoyun görənləri mat qoydu

  • 01.05.2021
  • 0

Monqolustanın Hulun-Buir şəhərində doğulan mutant qoyun arxa ayaqları inkişafdan qaldığı üçün insan kimi iki ayaq üstə gəzməyi öyrənib.

BiG.AZ xəbər verir ki, bu barədə "Daily Star" yazır.

Onun çevikliyini əks etdirən video hər kəs tərəfindən maraqla qarşılanıb.

Qeyri-adi heyvan öz qüsuruyla yaşamağı öyrənsə də, həzm sistemindəki problemlər səbəbindən aprelin 25-də ölüb. O, cəmi 40 gün yaşayıb.

Nə düşünürsən?