Trampın illər əvvəl çəkildiyi bu səhnə filmdən çıxarıldı

  • 27.12.2019
  • 0

ABŞ Prezidenti Donald Trampın illər əvvəl çəkildiyi “Evdə tək-2: Nyu-Yorkda itmiş” filmi ilə bağlı qalmaqal yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın CBS kanalı məhz həmin hissəni montaj edərək efirdə yayımlayıb. Filmin qəhrəmanı Kevinin lobbiyə girişlə bağlı Trampa sual verdiyi səhnənin ekran əsərindən çıxarılması siyasətlə əlaqələndirilib. CBS isə bu iddia ilə razılaşmayaraq 10 saniyəlik həmin səhnənin formata uyğun kommersiya vaxtını təmin etməsi səbəbindən kəsildiyini açıqlayıb.

Qeyd edək ki, Tramp bu yaxınlarda həmin filmdə çəkilməyin onun üçün şərəf olduğunu bildirmişdi.