“Titanik”in rejissoru “Titan” faciəsindən danışdı

  • 23.06.2023
  • 0

Əfsanəvi “Titanik” filminin rejissoru Ceyms Kemeron “Titan” batiskafı faciəsindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, ABC News telekanalına müsahibəsində hadisələrin bənzərliyindən təəccübləndiyini deyib.

Kemeronun sözlərinə görə, 1912-ci ildə batmış laynerin kapitanına qarşıda olan aysberqlə bağlı xəbərdarlıq etsələr də, o qulaq asmayıb.

Bundan əlavə, rejissor “OceanGate” şirkətinin karbon lifli korpusdan istifadə etməsinin səhv olduğunu qeyd edib. Kameron özü sualtı qayıqların sahibidir, bu materialı təhlükəsiz hesab etmir.

Qeyd edək ki, “Titan” batiskafı göyərtəsində olan 5 nəfəri “Titanik”in qəzaya uğradığı yerə aparırdı. “Titan”da baş vermiş partlayış səbəbindən ekipajın bütün üzvləri ölüb.

  

Nə düşünürsən?