“Trthaber” Sumqayıtda məktəb direktorunun Türkiyədəki zələzlə ilə bağlı dəstək çıxışında dair sujet yayımlayıb.
Busaat.az xəbər verir ki, sujetdə müəllimin sitatları yer alıb:
“Türk bizim canımızdır, ciyərimizdir. Türkün başına gələn bəla bizim başımıza gələn bəladır. Biz Türkiyəyik”.
Məktəbin direktoru Bəhseyiş Ələmsaqov İctimai TV-yə deyib:
“Heç kimin təsiri və göstərişi olmadan ürəyimin səsinə qulaq asdım. Dərhal bütün şagirdlərimi məktəbin qarşısına topladım. İstədim ki, şagirdlər ölkəmizin, xalqımızın başına gələn fəlakəti görsünlər”.