AZ
Video yüklə

Səfirliklər necə qorunur?

2 baxış Maraqlı xəbərlər
Ermənistanın Azərbaycan sərhədindəki təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun lokal əks tədbirlər həyata keçirməsi xaricdəki erməni lobbisini hərəkətə gətirdi. Azərbaycan ordusunun keçirdiyi əməliyyat tədbirləri nəticəsində məhv edilən düşmən mövqelərini və eləcə də zərərsizləşdirilmiş erməni hərbçilərinin say çoxluğunu erməni lobbisi Azərbaycanın Ermənistan ərazisinə hücumu kimi təbliğ edərək bəzi ölkələrdə səfirliklərimizə qarşı hücumlar təşkil etdilər.

Səfirliyimizə hücum cəhdləri Gürcüstanın paytaxtı Tbilisidə, Livanın paytaxtı Beyrutda, ABŞ-ın paytaxtı Vaşinqtonda və Fransanın paytaxtı Parisdə gerçəkləşdi.

Sentyabrın 18-də Gürcüstanda ermənilərin kompakt yaşadıqları Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüş etmək istəyiblər. Yerli medianın xəbərinə görə, polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını kəsib, üstəlik Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu hadisədən iki gün əvvəl isə Livanın paytaxtı Beyrutda radikal milliyyətçi Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə ermənilər Azərbaycan səfirliyinin binasına hücum ediblər. Burada da iştirakçılarla polis arasında qarşıdurma yaranıb. Məlumata görə, Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisinə hücumlar ediblər və hüquq-mühafizə əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edib.

Maraqlıdır ki, elə həmin gün ABŞ-dakı erməni lobbisinin nümayəndələri də Azərbaycanın Vaşinqtondakı səfirliyi önünə toplaşaraq anti-Azərbaycan şüarlar səsləndiriblər. Üstəlik, səfirlik əməkdaşlarına qarşı qeyri-insanı hərəkət sərgiləyiblər. Sentyabrın 18-də də Fransanın paytaxtı Parisdə Azərbaycan səfirliyinə hücum olunub.

Sentyabrın 18-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yerləşən Azərbaycan səfirliyinə də hücumlar edildi, diplomatlar və səfirlik əməkdaşları təhdid olundu. Həmin vaxt səfirliyimizdə hüquq mühafizə və ya asayiş keşişçilərindən kimsə yox idi. Amma Bakıdakı ABŞ səfirliyi özünüz də görürsünüz ki, az qala qala kimi qorunur. Burada təhlükəsizlik o qədər güclü təmin olunub ki, nəinki kimsə təxribat törədə bilər, heç üstündən quş da uça bilməz. Bəli, beynəlxalq öhdəliklər bu cür yerinə qorunur.

Onu da qeyd edək çəkilişə başlamazdan öncə səfirliyin mühafizəni təşkil edən polislər yaxınlaşaraq, kim olduğumuzu soruşdu. Üstəlik, kimliklərimizə də baxdı.

Görəsən, xüsusi xidmət orqanları ilə öyünən qərblilər niyə görə, başqa ölkənin, xüsusən də Azərbaycanın bu ölkələrdəki səfirliyinə qarşı radikal ermənilərin hücumlarına loyal yanaşırlar?

Xaricdəki səfirliklərimizə hücumla bağlı kanalımıza açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, bütün dünya erməniliyi Azərbaycana qarşı ayaqdadırlar və beynəlxalq cinayətlər işlənməkdədir. O əlavə edib ki, Azərbaycanın diplomatik korpuslarına qarşı erməni terror təşkilatlarının silahlı mübarizə vasitələrinə çevrilməsi də istisna deyil: “Beynəlxalq diplomatik hüququn qaydaları, normaları pozulmaqdadır. Diplomatik xidmət haqqında 1961-ci il Vyana konvensiyasının qaydaları pozulur. Beynəlxalq birliyin tərkib hissəsi olan ölkələrə hörmət göstərilməldir. Bu mənada Azərbaycanın səfirlikləri Azərbaycan əraziləri sayılır. Səfirliklərdə işləyən heyət, o cümlədən sənədlər, həmin ölkələrin polisi gözü qarşısında təhdidə məruz qalırlar. Terrorla üz-üzə qalması məsələsi ucbatından həyatları təhlükədədir. Azərbaycanın diplomatik sənədlərinin taleyi naməlum vəziyyətə gələ bilər. Biz türkiyəli diplomatlara qarşı erməni terrorunun şahidi olmuşuq. Bu da istisna deyil ki, onlar Azərbaycanın diplomatik korpusuna qarşı terror aktlarını silahlı mübarizə vasitələrinə çevirsinlər”....

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.