Sağlamlığımızı "Ballı" edək! "Sahibkar saatı" verilişi, 1-ci buraxılış.
#Made in #Azerbaijan #balı
#Bal niyə #xarlanır?
#Baldan #düzgün #istifadə
#Bal #məhsulları
#Arıçılıq, #arıçılara #məsləhətlər
Azərbaycanda arıçılığın qədim tarixi e.ə 9-8-ci əsr lərə gedib çıxır. Eramızın 10-12-ci əsrlərində arıçılıq sahəsi xeyli genişlənmişdir. Hətta həmin dövdə ölkədən kənara da bal məhsulları satılmağa başlayıb.
Sonrakı zamanlarda yüksək qida dəyəri olan balın istehsalında növbəti mərhələlər başlayıb.
Ölkəmizdə arıçılıq xüsusiylə Sovet Azərbaycanı vaxtlarında inkişaf etmişdir. Xırda pərakəndə arıçılıq təsərrüfatları, kolxoz, sovxoz kimi birliklərdə cəmlənib, bu sahədə ixtisaslaşmış arıçılıq təsərrüfatları yaradılmışdır.
Artıq kənd təsərrüfatının digər sahaləri kimi arıçılıqda da inkişaf etməkdədir. 2009-cu ildə arıçılığın inkişaf etdirilməsi ilə bağlı qanunun qüvvəyə minməsi də bu sahədə inkişafını sürətləndirirb.
Arıçlıq sahəsində sahibkarların kiçik problemləri olsa da, arıçılar əzmlə bu sahənin inkişafında xidmət göstərirlər, bu səbəbdəndir ki, hazırda Azərbaycan balı “made in Azerbaijan” brend kimi ölkədən kənarda böyük nüfuz qazanıb