AZ
Video yüklə

Qartal və tülkünün dovşan üstündə mübarizəsi

36 baxış Maraqlı xəbərlər
Amerikalı fotoqraf Kevin Ebi cavan tülkünün əlindən dovşan şikarını almağa çalışan qartalı lentə alıb.

“Ölkə.Az” xəbər verir ki, qartal dişində şikarını aparan tülkünü caynağına alıb havaya qaldırır. Qartal və tülkü 6 metr hündürlüyə qalxıb havada mübarizə aparırlar. 8 saniyəlik mübarizədən sonra tülkü şikarını buraxaraq özünü yerə buraxır. Qartal isə dovşan ilə birlikdə uçub gedir.

Fotoqraf qeyd edir ki, tülkü bu mübarizədən zədəsiz qurtulur. Onun sözlərinə görə səhnə düşündüyündən də maraqlı alınıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.