Putinin olduğu iddia edilən sarayın görüntüləri
20 baxış
Maraqlı xəbərlər
"Maş" nəşrinin əməkdaşları "Putinin sarayı" kimi tanınan nəhəng tikilinin içərisinə girməyi bacarıblar. Axar.az Hit.az-a istinadən xəbər verir ki, jurnalistlər rusiyalı bloger Aleksey Navalnının araşdırmaları nəticəsində Rusiya Prezidenti Vladimir Putinə aid olduğu iddia edilən Gələncik yaxınlığındakı sarayda olublar. Video "Maş" layihəsinin Yutub kanalında yayımlanıb. "Putinin sarayı"nda çalışan işçilərdən biri çəkilişlərin bir saatdan çox olmayacağı şərti ilə kanal əməkdaçlarını içəri buraxıb. Yayımlanan görüntülərdən əsas işin yalnız sarayın fasadında tamamlandığı görünür. Otaqlarda isə hələ ilkin tikinti işləri aparılır. İşçilərin sözlərinə görə, iqamətgah 5-6 ilə hazır olacaq. Kanal əməkdaşları nəhəng tikilinin hansı məqsədlə inşa edildiyini və kompleksin kimə aid olduğu barədə heç bir məlumat əldə edə bilməyib. Bundan əvvəl Korrupsiya ilə Mübarizə Fondu (KMF) Gələncik yaxınlığındakı kompleksin planlarını dərc edib, obyekti Vladimir Putin və yaxınları ilə əlaqələndirib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.