Meymun ağacları qıran buldozerə qarşı savaşa çıxdı
5 baxış
Maraqlı xəbərlər
Beynəlxalq Heyvanları Xilasetmə Təşkilatı İndoneziyada meşələrin məhv edilməsinin oranqutan meymunlarına təsirini əks etdirən video çarx yayımlayıb.
“Ölkə.Az” xəbər verir ki, video çarxda ağacları qıran buldozerlə qarşılaşan meymun özünə sığınmaq üçün ağac tapa bilmir. Sonra isə buldozerə yumruq göstərən oranqutan bir kötüyün üstündən tullanaraq aradan çıxır.
Video çarx meşələrin insan əli ilə məhv edilməsinin canlılara təsirini gözlər önünə sərir. Videonun sonunda isə oranqutan leysan yağışın altında qalır və sığınmaq üçün ağac axtarır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.