Türkiyənin məşhur "Çuxur" serialında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan” qəzəli səsləndirilib. Kult.az xəbər verir ki, Türkiyədə yayımlanan, ölkəmizdə də populyar olan serialın son səhnəsində aktyor Aras Buludun canlandırdığı (Yamaçın) çuxura qayıdışı Nəsiminin "Məndə sığar iki cahan" qəzəlinin müşayiəti ilə baş verib. Rok üslubunda aranjiman edilən qəzəl serialın izləyiciləri tərəfindən xüsusi maraqla qarşılanıb.