Lüks konsepsiyasını yenidən müştərilərə təqdim edən şəhər oteli

  • 21.06.2021
  • 0

İstanbulun göbəyində, “Zorlu Center”dəki  "Raffles İstanbul" fəaliyyətə başladığı gündən bəri qonaqlara özlərini bu məkanda rahat hiss etmələri üçün lüks konsepsiyasını yenidən təqdim edir.

134 yaşlı marka olan "Raffles" lüks anlayışının dəyişimini öncədən sezərək buna uyğun davranır. "Duyğusal lüks" anlayışını reallaşdıran marka bu deyimə son dərəcə iddialıdır. 2014-cü ildə yaradılan "Raffles İstanbul" bu az müddətə baxmayaraq olduqca yüksək prestijə malikdir.

"Raffles İstanbul" qonaqlarına mükəmməl və yaddaqalan xidmət təqdim edir.Xüsusi təlim almış təcrübəli "Raffles Butler"(şəxsi xidmət işçiləri) müştəriləri qapıda qarşılayır.Onlara xəyallarındakı xidməti göstərir.Məsələn, şokoladı sevən müştəri dünyanın ən yaxşı şokoladını harada tapa biləcəyini soruşur.Axşam isə həmin şokolad qonağın qənşərinə gəlir.

"Raffles İstanbul"da təklif edilən Qastronimo və SPA təcrübəsi də imtiyazlar sırasındadır.

Yeni zellandiyalı aşpaz Clinton Cooper və təcrübəli komandasına həvalə edilən "ISOKYO"da siz Asiya mətbəxinin ən ləzzətli təamlarını dada bilərsiniz. Buraya "İSOKYO"," Rocca Brasserie", “Long Bar” və lobbinin canlı "Lavinia Lounge"ı daxildir.

A-dan Z-yə qədər xidmət...

"Raffles İstanbul" əfsanəvi xidmətlərini müştəriləri üçün proqramlaşdırıb.Markanın ən populyar xidmətlərindən biri də "Boğaz Breeze"dir. Belə ki, bu paketdə şəhərin ən təcrübəli bələdçisi ilə "Bosphorus Sling Kokteyli" ilə maraqlı səyahət sizi gözləyir.

Yan tərəfdəki möhtəşəm mənzərələrdən və dənizdən şəhər panoramından zövq aldıqdan sonra "Bosphorus Suite" in füsunkar trasında bu dəfə boğazı şəhərdən seyr etmək ləzzətini yaşamaq imkanınız var.

Uzaq Şərq restoranı olan "ISOKYO"da davam edən əyləncədən sonra axşam qonaqları İstanbuldan 

Otelin möhtəşəm özləllikləri:

1. Bütün otaqlarda qonağa 24 saat üçün özəl xidmət göstərən "Butler"

2. Helikopter enişi üçün halipad.

3. Bütün otaqlarda paltar qarderobları, döşəmədən tavana yüksələn pəncərələr və özəl eyvan.

4. Hamam otaqlarında televizor funksiyasını yerinə yetirən xüsusi aynalar

5. Açıq və qapalı hovuzlar

6. Yataq otaqlarında çarpayıların baş hissəsində dünyanın məşhur sənət əsərlərinin əksi olan tablolar

7. 3000 kvadrat metrlik İstanbulun ən prestijli SPA mərkəzlərindən biri olan RAFFLES SPA

8. Kondisioner, pərdələrin kontrol edilməsi və yemək menyusunun əksini tapdığı paket.

"Raffles İstanbul"un əldə etdiyi nailiyyətlər:

1. "Forbes Travel Guide" tərəfindən dünyanın ən prestijli otellərinin qiymətləndirildiyi "5 Star Raiting" mükafatı.

2. “Forbes Travel Guide” ilk dəfə 2019-cu ildə tətbiq olunanda “Raffles İstanbul” 5 ulduz reytinqini almışdı ki, ardıcıl 3 il bu uğura nail oldu. 2019-cu ildə Türkiyədə 5 ulduz kateqoriyasına layiq görülən ilk və tək otel də məhz "Raffles İstanbul" olmuşdu.

3. "Raffles İstanbul" 2020-ci ildə T+L tərəfindən "Avropanın ən yaxşı şəhər oteli" ünvanına da yiyələnib.

İSOKYO - İSTANBULDA BİR ASİYALI...

Zorlu Center’də, "Raffles İstanbul"un 1-ci mərtəbəsində yerləşən İSOKYO artıq 3 ildir ki, burada fəaliyyətini davam etdirir və İstanbulun ən yaxşı Pan-Asiya restoranı statusunu layiqincə daşımaqdadır. İstanbul və Yaponiya paytaxtı Tokio şəhərinin qısalmış formasını özündə ehtiva edən İSOKYO İstanbuldan Tokioya qədər uzanan coğrafiyanı əhatə edir.Restoran Uzaq Şərqin əfsanəvi mətbəxlərini vəən yaxşı Qərb gurme ənənələrini təmsil edir vəən yaxşılarını bir araya gətirir.

Valehedici dekorasiya və rahat mühitdə şampan otağında axşamlar İSOKYO-da möhtəşəm gecə başlayır.Şampan otağı ayrıca 8 nəfərlik qonaqlıqlar üçün də istifadə edilə bilər. İSOKYO-da 12 nəfərədək yalnız aşpazən xidmət göstərəcəyi "Aşpaz masası" da mövcuddur ki, burada da qonaqların yerləşə biləcəyi bir otaq var. Müştərilər bu xüsusi yemək təcrübəsindən də istifadə edə bilər. İSOKYO təamları yalnız dostları ilə bölüşmək istəyənlər üçün xüsusi bir məkandır.

İSOKYO 2018-ci ildə "Time Out Qida" və İçki mükafatları nominasiyasında "Şəhərin ən yaxşı Asiya mətbəxi" seçilib. 

İSOKYO yüksək keyfiyyət nümayiş etdirərək, 3-cü ilində də müştərilərə mükəmməl xidmət təklif edir.

"Raffles İstanbul" 3 il ard-arda Türkiyədə 5 ulduz kateqoriyasını alan yeganə otel oldu.

Marka turizm və səyahət sənayesinin ən prestijli dərəcələndirilməsi kimi qəbul edilən "Forbes Travel Guide" tərəfindən üçüncü ilində 5 ulduz alıb.

"Forbes Travel Guide" nədir?

"Forbes Travel Guide" lüks otellər, restoranlar və SPA-lar üçün yeganə qlobal dərəcələndirmə sistemidir.5 ulduzlu, 4 ulduzlu və ya tövsiyə edilən dərəcələndirilməni almağın tək üsulu müstəqil yoxlanış müddətindən keçməkdir.

"Forbes Travel Guide" haqqında ətraflı məlumat üçün, www.forbestravelguide.com

"BIOLOGIQUE RECHERCHE" məhsulları RAFFLES SPA-DA

Şəhərin mərkəzindəki RAFFLES SPA dünyaca məşhur cildə baxım markası olan "BİOLOGİQUE RECHERCHE" ilə iş birliyi yaradıb.Bu populyar markanın məhsulları RAFFLES SPA-da müştərilərə zövqlə təqdim edilir.

"Raffles İstanbul" Avropanın "Ən yaxşı şəhər oteli" seçilib

Marka turizm və səyahət sənayesinin ən önəmli parçalarından biri olan Travel+ Leisure (T+L) tərəfindən Avropanın "Ən yaxşı şəhər oteli" ünvanına layiq görülüb.

Otel eyni zamanda "Dünyanın ən yaxşı otelləri" siyahısında 7-ci sırada yer alıb.

Otelin əldə etdiyi digər nailiyyətlər:

"Accor Hotels"un önəmli üzvü olan "Raffles İstanbul" geridə qoyduğumuz günlərdə 3000-i keçən sayı ilə bütün Avropa otelləri arasında "Best Hotel in Quality" mükafatını alıb.

"Forbes Travel Guide" tərəfindən dünyanın ən prestijli otellərinin dəyərləndirməyə alındığı "Star Raiting 2020" siyahısında "Raffles İstanbul" 5 ulduza layiq görülüb.

"World Luxury Hotel Awards 2018"də "Raffles Spa" Türkiyənin "Ən yaxşı rəqibsiz təcrübə" və "Ən yaxşı lüks şəhərdən qaçış" ünvanlarına da yiyələnib. İSOKYO isə by mükafatın Avropanın "Ən yaxşı yemək təqdimatı" və "Ən yaxşı lüks mühiti" ünvanlarına layiq görülüb.

"Raffles İstanbul"da yeni gigiyena standartları:

Marka sağlamlıq təhlükəsizliyinin ən yüksək standartlarına cavab vermək üçün və əlavə olaraq koronavirus infeksiyasının yayılmasına qarşı COVID-19 dövlət protokolları, "Accor Hotels" qrupu ilə birlikdə yoxlama həyata keçirib və sertifikat şirkəti "Bureau Veritas"la yeni standartları inkişaf etdirib.

"Raffles İstanbul"un bütün qonaqları üçün maksimum təhlükəsizlik təmin edilir.

Otelə gəlməzdən əvvəl;

- Qeydiyyat prosesini sürətləndirmək üçün qonaqlardan pasport məlumatları və əvvəlcədən gəliş məlumatları toplanır.

- Xüsusi istəkləri öyrənmək üçün qonaqlar iləəvvəlcədən əlaqə saxlanılır

- Müştərilərin istəyi ilə otelə giriş tamamilə təmassız ola bilər

- Otelin girişlərində termal kameralar quraşdırılıb ki, bu da içəri girən şəxslərin tempraturunu müəyyənləşdirməyə imkan yaradır.