Koronavirusla bağlı Hindistandan şok görüntülər
50 baxış
Maraqlı xəbərlər
Koronavirus epidemiyasının yeni episentri olan və 200 mindən çox insanın həyatını itirdiyi Hindistanda qeydə alınan görüntülər yaşanan dəhşətli xaosu açıq şəkildə ortaya qoyur. Mütəxəssislərin bu cür vəziyyətin ilk dəfə yaşandığını söylədiyi ölkədən daha bir tükürpərdici görüntü yayılıb.
Sfera.az xəbər verir ki, sosial mediada ölkədə koronavirusa yoluxan və xəstəxanaya gəldiyi zaman lazım olan tibbi yardımı ala bilmədiyi üçün həyatını itirən qadının görüntüləri yayılıb.
Görüntülərdə şiddətli tənəffüs çatışmazlığı səbəbi ilə xəstəxanaya aparılan, ancaq tibbi xidmət göstərilə bilməyən 50 yaşlı qadının cansız bədəninin oğlu və kürəkəni tərəfindən motosikletlə 15 kilometr aralıdakı evlərinə aparıldığı görülüb.
Qeyd edək ki, təxminən 1,4 milyard əhalisi olan ölkədə xəstəxanalarda yer olmadığı kimi, artıq təcili tibbi yardım maşınları da tapılmır.
(Moderator.az)

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.