DİQQƏT! Bu qidalar ömrü uzadır

  • 23.03.2023
  • 0

Alimlər hesab edirlər ki, düzgün qidalanma ömrü uzada bilər.
may.az xarici mətbuata istinadən xəbər verir ki, Bergen Universitetinin alimləri müəyyən ediblər ki, dənli bitkilər və qoz-fındıq yemək, həmçinin qırmızı ət və işlənmiş qidalardan uzaq durmaq ömrü əhəmiyyətli dərəcədə uzada bilər.
Mütəxəssislərin fikrincə, pəhrizlə bağlı risk faktorları hər il milyonlarla vaxtından əvvəl ölümə səbəb olur. İşlənmiş qidalar, yüksək yağlar və sadə karbohidratlardan qidalar bir çox xəstəliklərə səbəb olur.
Məlum olub ki, 20 yaşdan başlayaraq optimal qidalanma rejiminə keçid ömür müddətini 10-13 il, 60 yaşdan 8-9 il, 80 yaşdan sonra isə üç il artıracaq.