Çoxlarının tanımadığı qulançar bitkisinin sezonu artıq başlayıb. Bu bitki müxtəlif bölgələrdə müxtəlif adlarla məşhurdur: mərəçüyüd, ilan qurşağı, kuşkonmaz (Türkiyə), asparagus (Avropa).
BiG.AZ xəbər verir ki, bu bitki barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində yazıb.
Onun sözlərinə görə, möhtəşəm qulançarın faydaları çoxdur. Məsələn, qaraciyər sirrozu, bağırsaq xəstəlikləri, Altsheymer, Parkinson və digər sinir xəstəliklərində istifadə olunur. Alkoqol abstinensiyası, orqanizmin digər toksiki maddələrdən zədələnməsini detoksikasiya etmək üçün insanın minerallara və amin turşularına ehtiyacı var. Asparagin adlı amin turşusu məhz qulançarda (asparagusda) mövcuddur. Bu bitkinin tərkibində. həmçinin, saponinlər, hormonal təsirə malik olan şatavari maddəsi və digər faydalı minerallar var.
Qulançarı 6-7 gündən çox saxlamaq məsləhət deyil. Onu həm bişmiş, həm dəmləmə, həm çiy şəkildə istifadə etmək olar.
Həkim qeyd edib ki, ehtirası, cinsi funksiyanı kəskin artırdığı üçün bu bitki kilsələrdə qadağan olunub.
Sözügedən möcüzəvi bitki haqqında daha ətraflı məlumat almaq üçün aşağıdakı videonu izləyə bilərsiniz: