"Rizin" Döyüş Federasiyasının noyabrın 4-də Bakıda təşkil edəcəyi "Landmark 7" turnirindən öncə mətbuat konfransı keçirilib.
Milli.Az xəbər verir ki, konfransda Azərbaycan MMA döyüşçüsü Vüqar Kərəmovun yaponiyalı rəqibi Çihiro Suzukinin qalmaqallı hərəkətləri birmənalı qarşılanmayıb.
Onun qeyri-adi jestləri şou əhlinin bəzi nümayəndələrinin də narazılığına səbəb olub.
Tanınmış şairə Nazilə Səfərlinin sosial şəbəkə hesabında bu barədə yazdığı şərh diqqət çəkib. İdmançının bu hərəkətindən qəzəblənən məşhur paylaşımın şərh bölümünə bunları yazıb.
"Gör qonağa nə qədər üz vermişik ki, stolun üstünə çıxıb ultimatum verir. Bunun belini kim qırsa, ona özüm qonaqlıq verəcəyəm, beyin çöndü".