Boğaz ağrısından qurtulmağın sadə yolları

  • 11.10.2018
  • 0

Soyuq havalar başlayan kimi boğaz ağrısı şikayətləri də artır. İngilis qulaq, burun, boğaz həkimi Alasdair Macenin boğaz ağrısından qurtulmaq üçün etməli olduğumuz və olmadığımız məqamlar barədə məsləhətlərini təqdim edirik. Lazımdır: Boğazdakı vəzləri yumşaltmaq üçün duzlu su ilə qarqara edin. Lazım deyil: Aspirin immunitet təsirini azaldacağı üçün ondan istifadə etməyin. Lazımdır: Çay için. Çay boğaz quruluğu yaratmadan sağaldır. Lazım deyil: Alkoqolik içkilər və qəhvə içməyin. Alkoqol və kafein bədəninizin susuz qalmasına səbəb olur. Lazımdır: C vitamini almaq üçün portağal, sink almaq üçün istiridye yeyin. Lazım deyil: Xəstə ikən çox danışmayın. Bu, boğazınızı daha pis hala gətirə bilər. Lazımdır: Mərkəzi isitmə sisteminin quruducu təsiri ilə savaşmaq üçün hava nəmləndirici istifadə edin. Lazım deyil: İnfeksiya sağalmadan qətiyyən siqaret çəkməyin. Ətraflı: Boğaz ağrısından qurtulmağın sadə yolları Həkimə sual ver: http://saglam.tv Facebook: https://www.fb.Com/156665611662097

Nə düşünürsən?