Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş qısa film hazırlanıb. Baş Konsulluqdan “Qafqazinfo”ya bildirilib ki, filmdə 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı poqromların başlandığı, ermənilərin azərbaycanlılar yaşayan kəndlərə hücum edərək yüzlərlə mülki azərbaycanlını qətlə yetirdikləri qeyd olunur. Ekran işində, həmçinin, 2020-ci ildə Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizi 44 gün içərisində azad etdiyi bildirilir. Filmdə bu gün, Qara Yanvar faciəsindən 31 il sonra, Azərbaycanın azad, çiçəklənən və güclü bir dövlət olduğu və Qafqazı sülh və əməkdaşlıq regionuna çevirmək üçün səylər göstərdiyi diqqətə çatdırılır.