AZ
Video yüklə

2 yaşlı oğlan gündə 40 siqaret çəkir

52 baxış Maraqlı xəbərlər
İndoneziyada yaşayan 2 yaşlı Rapi Pamunkas gündə təxminən 40 siqaret çəkir.

O, siqaret çəkməyə iyun ayında alışıb və həmin alışqanlıq indi əməlli-başlı mərəzə çevrilib.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, balaca Rapi çoxlu siqaret çəkməmiş yata bilmir. Onun çaş-baş qalan, nə edəcəklərini bilməyən valideynləri isə Rapini sakitləşdirmək üçün siqaret alırlar.

Rapi Ananda Pamunkasın siqaretə tutqusu bu ilin iyun ayında, valideynlərinin bazardakı piştaxtasının yanında başlanıb.

Pamunkaslar ailəsi İndoneziyanın Qərbi Yava əyalətindəki Sukabumi şəhərində yaşayırlar.

Anası Maryati Pamunkasın bazarda başı alverə qarışdığından balaca Rapi ətrafda oynayır, tapdığı siqaret kötüklərini yığırdı.

Bir neçə gün ərzində Rapi siqaretdən asılı vəziyyətə düşüb. O, bazardakı adamlara yaxınlaşaraq siqaret istəməyə başlayıb.

"Böyük uşaqlar onun damağındakı siqareti yandırırdılar. Oğlum beləcə, siqaretə dadandı", - Maryati deyib.



Lakin az sonra əyləncə bitdi. Rapi siqaretsiz qalanda qıcıqlı, aqressiv olurdu. Ona "Siqaret çəkmək olmaz!" deyəndə isə Rapi ağlayır, hönkürür, qışqırırdı. Bu səbəbdən Maryati dükana yollanaraq oğlu üçün siqaret alıb.



2 yaşlı Rapi indi gündə iki qutu siqaret çəkir. Rapinin atası Misbahuddin isə iki günə 1 qutu siqaret çəkir.



"Ona hər gün iki qutu siqaret alırıq. Kasıb adamlarıq, bu siqaretlər bizə çox baha başa gəlir. Amma nə edək?! Rapi siqaretsiz qalanda bağırır, qışqırır, ağlayır, yerə yıxılıb yalvarır. Biz də naəlac qalıb alırıq", - Misbahuddin söyləyib.



İndi Rapinin ən çox sevdiyi iş damağında siqaret bir fincan qəhvə qoyulmuş masa arxasında oturmaqdır. O, siqaret çəkərək qəhvə içməyi çox sevir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.