4 yaşlı bu siam əkizlərinin 1 beyni var. Bunu ilk dəfə körpələrin anası Felisiya Sims hiss edib: «Məsələn, onların oynadığı vaxt Tatyana bacısının önündə olan oyuncağı götürməyə çalışır. Halbuki o, həmin oyuncağa tərəf baxmır». Ana bildirir ki, uşaqlar eyni emosiyalar yaşayır: «Onlardan birinə ağrılı nəsə olan kimi, digəri də ağlamağa başlayır». Bunu həkim Duq Kohreyn də təsdiqləyir: «Körpələr vahid beyinə malik olduğu üçün birinin nə gördüyünü digəri də bilir». İndiyədək dünyada 1 beyinə malik 8 siam cütlüyü qeydə alınıb. Onlardan yalnız bir neçəsi doğulduqdan sonra sağ qalıb. Bu dəfə əkizlərin eyni aqibəti onların hələ ana bətnində 5 aylıq olduğu zaman aşkarlanıb. Lakin ana abortdan qəti şəkildə imtina edib və uşaqlarını öldürə bilməyəcəyini söyləyib. «Mən qızlarım üçün əlimdən gələni edəcəyəm», - deyə qadın bildirir.