"Yoldaşımın nəyinə lazımdır yazışdığım xanımlar kimdir"

  • 16.02.2021
  • 455 baxış
  • 0

"Hazırda məni həyat yoldaşım izləyir. Açıq deyirəm, bir neçə xanım dostlarım var, onlarla yazışıram da. Xanımım heç onların üzünü də görməyib, bilmir kimdir. Bir dəfə mənə deməyib ki, Rəhman, kiminlə yazışırsan?".

Unikal.org xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Elgizlə izlə" proqramında deyib. Aktyor qadın qısqanclığını tənqid edib:

"Üzbəüz otururam yoldaşımla, çay içirəm, televizora baxırıq. Mən yazışıram, o qayıdıb nəşə soruşmur. Qadının nəyinə lazımdır kimlə yazışıram? Ailəmi dolandırıram, nə istəyir alıram, gəzdirirəm... Onun nəyinə lazımdır kimlə danışmağımı bilmək?.

Nə düşünürsən?