Müğənni Elgizin bu suallarını cavabsız qoydu

  • 23.04.2021
  • 0

Müğənni Mənzurə Musayeva aparıcı Elgiz Əkbər verilişində qonaq olub.  

Unikal.org xəbər verir ki,  aparıcı  Elgizin suallarını cavab tapa bilməyən sənətçi  çətin anlar yaşayıb. 

Belə ki,  Elgizin "Məktəb oxumusan? H2O nədir" sualına Mənzurə belə cavab verib:

"Məktəb oxumuşam, texnikom da bitirmişəm. Amma onu bilmirəm. O sahəni yaxşı oxumamışam, elə-belə gedib gəlirdim. Azərbaycan dili və ədəbiyyatı oxuyurdum. Müəllimim riyaziyyatda mənə mahnı oxutdurub qiymət yazırdı. Evdə pulumu anam saxlayır".

Elgiz daha sonra "Azərbaycan mətbuatının banisi kimdir" sualını ünvanlayıb. Mənzurə isə bilmədiyini söyləyib.

"Bura imtahana gəlmişəm? Dəqiq elmlərə marağım olmayıb. Bilmişəm ki, musiqi sahəsindəyəm" deyə, Mənzurə əlavə edib.

Nə düşünürsən?