Arif Quliyevin son durumu açıqlandı

  • 01.05.2021
  • 0

Koronavirusa yoluxduqdan sonra vəziyyəti ağırlaşan Xalq artisti Arif Quliyevin səhhətində heç bir irəliləyiş yoxdur.

Bu barədə Publika.az-a Xalq artistinin oğlu Rövşən Quliyev məlumat verib.

Sənətçinin oğlu bildirib ki, aktyorun vəziyyəti ağır olaraq qalır: "Reanimasiya şöbəsindədir, səhhəti ağır olaraq qalır. Ümid Allahadır, gözləyirik".

Qeyd edək ki, A.Quliyevin müalicəsi Yeni Klinikanın reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər.

Nə düşünürsən?