Ağadadaş Ağayevlə bağlı son xəbər

  • 22.06.2021
  • 0

Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayevin əməliyyatı uğurla yekunlaşıb.

Bu barədə Xalq artistinin özü REAL-a məlumat verdi.

Bildirdi ki, onun əməliyyatı Türkiyədə baş tutub və hazırda hər şey qaydasındadır.

Qeyd edək ki, Ağadadaş Ağayev artıq 3 aya yaxın idi ki, bu xəstəlikdən əziyyət çəkirdi və uğurlu əməliyyatdan sonra artıq iyun ayının 29-da vətənə qayıdacaq.

Nə düşünürsən?