Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi İntiqam Kərimov müğənni Vəfa Şərifova haqda diqqətçəkən açıqlamalar edib.
“Tarixin bir günü” verilişində qonaq olan İ. Kərimov Vəfa Şərifovaya 17 yaşından musiqi dərsləri verdiyini bildirib:
“Hazırlıq üçün mənim yanıma gələndə 17 yaşı var idi. Mənim yanımdan ayrılanda 2 oktava 2 not səsi var idi. Bununla istənilən ariyanı oxumaq olar. Yenidən hazırlığa başlasaq, ona “Sevil” operasından “Ediliyanın ariyası”nı oxudacağam. Bunun üçün Vəfaya 2 ay vaxt lazımdır”.