Vasif Əzimovun gizli görüntüləri yayıldı: "Allah lənət eləsin"

  • 21.07.2018
  • 0

Müğənni Vasif Əzimov əsəbiləşib. Buna səbəb müğənninin şəxsi həyatıyla bağlı ona ünvanlanan çoxsaylı suallar olub. O, heç vaxt şəxsi həyatı ilə gündəmə gəlmək istəmədiyini bildirib: “Şəxsi həyatım barədə danışmağı sevmirəm. Toyumdakı görüntüləri də gizli yaydılar. Məndən icazə almadan həmin görüntüləri sosial şəbəkədə paylaşdılar. O yayan adamı da tapmışam. Bu görüntüləri tanınmamış bir adam paylaşıb. Allah şeytana, mərdimazara lənət eləsin. Şəxsi həyat barədə heç yerdə danışmamışam. Şəxsi həyatım heç kimə maraqlı olmasın, qoy sənətimdən danışsınlar”. Müğənni bu sözləri ARB-nin “Səhər-səhər” verilişində deyib.

Nə düşünürsən?