AZ
Video yüklə

Türkiyə serialı “Emmi” mükafatı aldı

2 565 baxış Maqazin xəbərləri
Türkiyənin “Star TV” kanlında və 60-dan artıq ölkədə yayımlanan “Kara sevda” serialı Nyu-Yorkda təşkil olunan “Emmi” mükafalandırma mərasimində “Ən yaxşı serial (telenovella)” nominasiyası üzrə qalib olan ilk türk serialı olub.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, mükafat serialın rejissoru Hilal Saral, ssenari müəllifləri Burcu Görgün Toptaş və Kerem Çatay təqdim olunub.

Ekran əsərində baş rolları Burak Özçivit, Neslihan Atagül və Kaan Urgancıoğlu canlandırıb.

Qeyd edək ki, “Emmi” - Amerikada televiziya sahəsində təqdim edilən mükafatdır. “Oskar” (kino sahəsində) “Qremmi” (musiqi sahəsində) və “Toni” (teatr sahəsində) mükafatlarının televiziya ekvivalenti hesab edilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.